Azərbaycanın ixrac etdiyi neftin həcmi açıqlanıb | Banco.az

Azərbaycanın ixrac etdiyi neftin həcmi açıqlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin 8 ayında Azərbaycanda 20,3 mln. ton neft və qaz kondensatı hasilatı edilib, bunun da 17 mln. tonu ixrac olub.

Banco.az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Bu ilin 8 ayında operativ məlumatlara əsasən neft-kondensat hasilatı 20,3 mln. ton, ixracı isə 17 mln. ton olub. Bu dövrdə 5% artımla hasil edilmiş 32,2 mlrd. kubmetr qazın 15,8 mlrd. kubmetri ixrac olunub", - nazir qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et