Azərbaycanın icbari sığorta bazarı 13%-dən çox artıb | Banco.az

Azərbaycanın icbari sığorta bazarı 13%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar ayında icbari sığorta növlərinin hesabına 20 milyon 806 min manat sığorta haqqı yığılıb. 

Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında qeyd edilib.

Hesabat ayı ərzində sığorta yığımlarının məbləği ötən ilin ilk ayı ilə müqayisədə 2 milyon 483 min manat və ya 13,6% artıb.

Qeyd edək ki, icbari sığortalar üzrə ödənişlərin məbləği isə illik müqayisədə 63 manat və ya 0,8% azalaraq 8 milyon 235 min manata enib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et