Azərbaycanda pandemiya dövründə kompüter istehsalı artıb | Banco.az

Azərbaycanda pandemiya dövründə kompüter istehsalı artıb

2020-ci ilin yanvar-may aylarında Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 79,1 milyon manatlıq məhsul istehsal olunub.

Əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 94,6 faiz, elektrik avadanlıqlarının istehsalı isə 26,5 faiz artıb.

Dövr ərzində əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 10,6 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı isə 3,6 dəfə artıb.

Trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et