Azərbaycanda nağdsız ödənişlərin həcmi 21% artıb | Banco.az

Azərbaycanda nağdsız ödənişlərin həcmi 21% artıb

Azərbaycanda cari ilin yanvar ayında ATM və POS-terminallar vasitəsilə 85 mln. manat həcmində 1 226 min əməliyyat həyata keçirilib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verilir.

Hesabata əsasən, nağdsız əməliyyatların həcmi əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 15 mln. manat və ya 21,4% artıb. Əməliyyatların 57 mln. manatı POS-terminallar, 28 mln. manatı ATM-lər vasitəsilə həyata keçirilib. Beləliklə, POS-terminallar vasitəsilə nağdsız ödənişlərin həcmində 20 mln. manat və ya 54% artım, ATM-lər vasitəsilə ödənişlərdə isə 5 mln. manat və ya 15% azalma qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et