Azərbaycanda nağd pul kütləsi son bir ayda 1,3% artıb | Banco.az

Azərbaycanda nağd pul kütləsi son bir ayda 1,3% artıb

Bu ilin iyunun 1-nə Azərbaycanda geniş pul kütləsinin həcmi (M3) 26 630,2 mln. manat təşkil edib ki, bu da əvvəlki aya nisbətən 338,4 mln. manat və ya 1,3% çoxdur.

Ötən ilin analoji dövrü ilə müqayisədə isə 1 796,2 mln. manat və ya 7,2% artıb.

Hesabata əsasən, banklardan kənarda nağd pul kütləsinin həcmi (M0) iyunun 1-nə 9 009,8 mln. manat təşkil edib. Bu isə aprelin 1-nə nisbətən 304,8 mln. manat və ya 3,5% artma deməkdir. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 858,6 mln. manat və ya 10,5% artıb.

Qeyd edək ki, pul kütləsi ölkədə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et