Azərbaycanda minik avtomobili istehsalı artıb, idxalı azalıb | Banco.az

Azərbaycanda minik avtomobili istehsalı artıb, idxalı azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 574 ədəd minik avtomobili istehsal edilib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 25.9% artıb.

Cari ilin mart ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 232 ədəd təşkil edib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-fevral aylarında Azərbaycana 217 milyon 721 min dollar dəyərində 12 023 ədəd əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal edilib. Bu isə illik müqayisədə 928 ədəd azdır. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et