Azərbaycanda internet infrastrukturunu inkişaf etdirmək üçün əlavə tədbirlər görüləcək | Banco.az

Azərbaycanda internet infrastrukturunu inkişaf etdirmək üçün əlavə tədbirlər görüləcək

Azərbaycanda Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Kommunal xidmətlər: internetə qoşulma və internet infrastrukturu” indikatoru üzrə diaqnostika matrisasının və müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair Yol Xəritəsinin layihələri hazırlananır.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verilir.

Yol Xəritəsinin layihələrinin hazırlanması üzrə görülmüş işlər barədə ətraflı məlumat Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “İnternetə qoşulma və internet infrastrukturu” İşçi Qrupunun video-konfrans formatında keçirilən iclasda verilib.

Toplantıya İşçi Qrupun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov sədrlik edib.

Yol Xəritəsi layihəsinə dair Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyindən daxil olmuş əlavə qeydlərə dair məlumat və təkliflər dinlənilib, suallar cavablandırılıb və qarşıda duran vəzifələr müzakirə edilib.

İclasın yekununda Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Kommunal xidmətlərə qoşulma: internetə qoşulma və internet infrastrukturu” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair Yol Xəritəsinin layihəsinin qısa müddət ərzində müvafiq qaydada razılaşdırılaraq təsdiq edilməsi üçün əlavə tədbirlərin görülməsi zəruri hesab olunub.

Ən sərfəli kredit üçün müraciət et

İşçi Qrupun rəhbəri bu platformanın yaratdığı imkanlardan istifadənin səmərəli olması üçün sıx əməkdaşlığın həyata keçirilməsinin vacibliyini qeyd edib.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et