Azərbaycanda inflyasiya səviyyəsi açıqlandı | Banco.az

Azərbaycanda inflyasiya səviyyəsi açıqlandı

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 111,7%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 113,4%, qeyri-ərzaq məhsulları üzrə 110,6%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,2% təşkil edib.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,6%, ötən ilin avqust ayına nisbətən isə 108% təşkil dib.

Ötən ayda ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi iyul ayına nisbətən 99,1%, 2022-ci ilin avqust ayına nisbətən 107,4% təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et