Azərbaycanda ən yüksək və ən aşağı maaş olan sahələr | Banco.az

Azərbaycanda ən yüksək və ən aşağı maaş olan sahələr

Azərbaycanda ən yüksək əmək haqqı mədənçıxarma sənayesində, ən aşağı maaş isə kənd təsərüfatı sahəsindədir.

Məlumata görə, Azərbaycanda ən yüksək əmək haqqı özəl sektora aid olan mədənçıxarma sənayesi ( 4 269 manat) , ən az əmək haqqı isə dövlət sektoruna aid olan kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsinə (218,6 manat) aiddir.

2018-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,7 faiz artaraq 542,3 manat təşkil edib.  Əməkhaqqı neft sektorunda 3142,7 manat, qeyri-neft sektorunda 483,0 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 428,6 manat, özəl müəssisələrdə isə 696,7 manat olub.

Ən sərfəli kredit üçün müraciət et

FED.az

Ən sərfəli krediti almaq üçün müraciət et