Azərbaycanda ən yüksək maaş verilən sahələr | Banco.az

Azərbaycanda ən yüksək maaş verilən sahələr

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin eyni dövrünə nisbətən 10,1 faiz artaraq 942,4 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3 386,8 manat, qeyri neft-qaz sektorunda 896,2 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 896,8 manat, özəl müəssisələrdə isə 993 manat olub. 

Banco.az xəbər verir ki, ölkə üzrə ümumi götürdükdə ən yüksək orta maaş neft-qaz (3 241,1 manat), maliyyə-sığorta (2 289,5 manat), peşə-elmi və texniki sahədədir (1 524,5 manat).

Ən az əməkhaqqı isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (529 manat) sahəsindədir. 

Dövlət sektorunda ən yuxarı maaş alanlar maliyyə sektorundadır - 2 713,2 manat. Özəl sektorda isə ən yüksək maaş mədənçıxarma sənayesində verilir - 3 824,6 manat. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et