Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda əmtəəlik xam neft hasilatı 12,4 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 9,4 milyard kubmetr təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir.
Məlumata görə, əmtəəlik neft hasilatı 0,2% azalıb, əmtəəlik qaz hasilatı isə 17,1% artıb.
Qeyd edək ki, Azərbaycanda hesabat dövründə ümumilikdə 13,4 mlrd. kubmetr qaz (15% çox) , 12,45 mln. ton neft (0,1% çox) hasil edilib.
Report
Bizi sosial şəbəkələrdən izləyin!!