Azərbaycanda çay idxalı ixracı 10 dəfəyə yaxın üstələyib | Banco.az

Azərbaycanda çay idxalı ixracı 10 dəfəyə yaxın üstələyib

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycandan ümumi dəyəri 4 767,8 min ABŞ dolları olan 705,18 ton çay ixrac olunub.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin ilk altı ayında Azərbaycandan ixrac edilən çayın dəyəri 5,9%, həcmi isə 0,5% artıb.

Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0,06%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,52%-ə bərabər olub.

Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 27 482,20 min dollar təşkil edən 6 853,46 ton çay idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə çay idxalının həcmi 10%, dəyəri isə 14,5% artıb. Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,34% təşkil edib.

Göründüyü kimi, cari ilin ilk yarısında Azərbaycanda çayın idxalı ixracı 9,7 dəfə üstələyib.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et