Mikayıl Cabbarov: "Azərbaycan, Qazaxıstan və Özbəkistan nazirlərinin üçtərəfli görüşü keçiriləcək" | Banco.az

Mikayıl Cabbarov: "Azərbaycan, Qazaxıstan və Özbəkistan nazirlərinin üçtərəfli görüşü keçiriləcək"

Daşkənddə Azərbaycan, Qazaxıstan və Özbəkistan nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Özbəkistana işgüzar səfər çərçivəsində Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclasında, Daşkənd Beynəlxalq İnvestisiya Forumunda, həmçinin Özbəkistan və Qazaxıstan nazirləri ilə üçtərəfli görüşdə iştirak edəcəyik. Özbəkistanın bir sıra hökumət nümayəndələri ilə ölkələrimizin ortaq maraqlarına xidmət edən təşəbbüslər və iqtisadi əməkdaşlığımızın inkişafı imkanları ətrafında müzakirələr aparacağıq", - nazir qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et