Azərbaycanda “Aİ-98” markalı benzin cüzi bahalaşıb | Banco.az

Azərbaycanda “Aİ-98” markalı benzin cüzi bahalaşıb

Bu il avqustun 1-dən Azərbaycanda “Aİ-98” markalı benzinin 1 litrinin qiyməti 5 qəpik artırılaraq 1,55 manatdan 1,6 manata çatdırılıb.

Bu barədə açıqlamasında Dövlət Neft Şirkətinin (SOCAR) yanacaq satışı ilə məşğul olan törəməsi - “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli məlumat verib.

"Aİ-98” markalı benzini idxal edirik. Məhsulun alış qiymətinin artması onun ölkəmizdə satış qiymətinin artmasına səbəb olub", - deyə o, qeyd edib.

Xatırladaq ki, ötən həftənin şənbə günü Azərbaycanda “Aİ-95” premium markalı benzinin də qiyməti 5 qəpik artırılıb. Hazırda yanacaqdoldurma məntəqələrində həmin benzinin 1 litri 1,45 manata satılır. Bahalaşmaya səbəb məhsulun istehsalçı ölkədə qiymətinin artmasıdır.

report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et