Azərbaycanda 20 bankın öhdəlikləri artıb | Banco.az

Azərbaycanda 20 bankın öhdəlikləri artıb

Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 10-nun öhdəlikləri illik müqayisədə azalıb.

Bunlar "Günay Bank", "Yapı Kredi Bank Azərbaycan", "Nikoyl Bank", Pakistan Milli Bankının Bakı filialı, "Atabank", "Azərbaycan Beynəlxalq Bankı", "Azərbaycan Sənaye Bankı", "AFB Bank", "Bank of Baku" və "Bank VTB Azərbaycan"dır. Ən çox azalma "Bank VTB Azərbaycan"da (77,5%), ən az azalma isə "Günay Bank"da (1,6%) qeydə alınıb.

20 bankın öhdəlikləri isə son 1 ildə artıb. Ən çox artım "Naxçıvan Bank"da (71,6%), ən az artım isə "AGBank"da (0,7%) baş verib. 

4 bankın öhdəlikləri 1 milyard manatdan çoxdur

Ən sərfəli kredit üçün müraciət et

Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 4-nün öhdəlikləri 1 milyard manatdan çoxdur.

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (6 771,246 milyon manat), "PAŞA Bank" (4 277,57 milyon manat), "Kapital Bank" (3 344,593 milyon manat) və "Xalq Bank"dır (1 725,703 milyon manat).

Qalan 26 bankdan 6-nın öhdəlikləri 0,5 - 1 milyard manat arasında, 17 bankın öhdəlikləri 100 - 500 milyon manat arasında, 2 bankın öhdəlikləri 10 - 100 milyon manat arasında, 1 bankın - Pakistan Milli Bankının Bakı filialının öhdəlikləri isə cəmi 1,403 milyon manatdır.

© "Renkinq"

Ən sərfəli krediti almaq üçün müraciət et