Azərbaycan şirkətləri Rusiya bazarına dəyəri 10 mln. manatdan çox məhsul ixrac ediblər | Banco.az

Azərbaycan şirkətləri Rusiya bazarına dəyəri 10 mln. manatdan çox məhsul ixrac ediblər

Azərbaycan şirkətləri Rusiya bazarına bu ilin əvvəlindən dəyəri 10 mln. manatdan çox məhsul ixrac ediblər. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, məhsul tədarükü 11-14 fevral tarixlərində Moskvada keçirilən “Prodexpo 2020” sərgisində 14 mln. manat dəyərində imzalanan müqavilə çərçivəsində həyata keçirilib.

Müqaviləyə əsasən Azərbaycan şirkətləri Rusiya bazarına müxtəlif növ meyvə-tərəvəz, meyvə şirələri və konsentratları, şərab və  digər spirtli içkilər, fındıq ləpəsi və digər məhsullar ixrac ediblər. 

Qeyri-neft məhsullarının ixracının artırılması, Azərbaycan məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi, “Made in Azerbaijan” brendinin təşviqi məqsədi ilə həyata keçirilən tədbirlər davam etdiriləcək. Belə ki, Covid-19 pandemiyasından irəli gələn məhdudiyyətlərdən asılı olaraq ilin sonunadək bir neçə beynəlxalq sərgidə iştirak nəzərdə tutulur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et