Azərbaycan Sığortaçılar Assosiasiyasında YENİ TƏYİNAT | Banco.az

Azərbaycan Sığortaçılar Assosiasiyasında YENİ TƏYİNAT

Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) yeni sədr təyin edilib.  

 

“APA-Economics”ə verilən görə məlumata görə, “ASA”nın təsisçilərinin ümumi yığıncağında Mustafa Abbasbəylinin yeni vəzifəyə təyin olunması barədə qərar qəbul edilib. M.Abbasbəyli bildirib ki, o, fevralın 9-dan vəzifəsinin icrasına başlayıb.

 

"Azərbaycan Sığortaçılar Assosiasiyasının planları barədə hər hansı bir dəyişikliklər və ya yeniliklər barədə danışmaq hələ ki, tezdir”, - deyə M. Abbasbəyli vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

 

Xatırladaq ki, ölkədə sığorta şirkətlərinin birində fəaliyyətə başlayan M.Abbasbəyli 2007-ci ildən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının, 2008-2010-cu illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Hüquq Komitəsinin üzvü, 2010-2014-cü illərdə isə həmin komitənin sədri vəzifəsini daşıyıb. O, 2010-cu ildən Beynəlxalq Vəkillər Assosiasiyasının üzvüdür.

Ən sərfəli krediti almaq üçün müraciət et