Azərbaycan növbəti optik müşahidə peykini 2026-cı ildə orbitə buraxacaq | Banco.az

Azərbaycan növbəti optik müşahidə peykini 2026-cı ildə orbitə buraxacaq

İqlim dəyişikliyinin izlənilməsinə görə kosmik cihazlar əsas vasitələrdən biridir. Hazırda dünya üzrə 160-dan çox kosmik aparatda iqlim dəyişikliyini ölçmək mümkündür.

Bunu “Azərkosmos”un İdarə heyətinin sədri Saməddin Əsədov jurnalistlərə açıqlamasında deyib.

    O qeyd edib ki, iqlim dəyişikliyi ilə bağlı əldə olunan məlumatların məhz 60 faizi kosmosdan əldə olunan informasiyalardır.

    S.Əsədov bildirib ki, hazırda kosmik agentlik işğaldan azad olunan ərazilərdə bütün parametrlərə uyğun olaraq fəaliyyətini davam etdirir.

    Sədr həmçinin növbəti peyk layihələrinin davam etdirildiyini də bildirib: “Növbəti optik müşahidə peykini 2026-cı ildə orbitə buraxmağı düşünürük”.

    Ən sərfəli kredit üçün müraciət et

    apa

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Facebook

    Instagram

    Telegram

     

    Ən sərfəli krediti almaq üçün müraciət et