Azərbaycan manatının dövretmə sürəti artıb | Banco.az

Azərbaycan manatının dövretmə sürəti artıb

Bu il iyunun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 4,84 bənd təşkil edib.

Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, bu, mayın 1-i ilə müqayisədə 0,76 bənd, yanvarın 1-nə nisbətən 0,36 bənd, ötən ilin iyunun 1-i ilə müqayisədə isə 0,1 bənd çoxdur.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et