Azərbaycan buğda idxalını azaldır | Banco.az

Azərbaycan buğda idxalını azaldır

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana bu ilin birinci rübündə 48 milyon 74 min ABŞ dolları dəyərində 211 min 966 ton buğda idxal edilib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 55,8%, həcmi isə 40,5% azalıb. 

Məlumata görə, bu dövrdə idxal edilən buğdanın 1 tonunun qiyməti təxminən 226,8 dollar olub ki, bu da 2023-cü ilin eyni dövrü (305,4 dollar) ilə müqayisədə 25,7% və ya 78,6 dollar azdır. 

Əlavə edək ki, yanvar-mart aylarında buğda idxalı Azərbaycanın ümumi idxalının 1,30%-nə bərabər olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et