Azərbaycan banklarındakı əlavə resursların real sektora yönəldilməsi stimullaşdırılacaq | Banco.az

Azərbaycan banklarındakı əlavə resursların real sektora yönəldilməsi stimullaşdırılacaq

14-15 il əvvəl Azərbaycanda pul kütləsinin 70-80 %-i nağd idi, indi xeyli azalıb.

Bunu iqtisadiyyat nazirinin müşaviri Xaqani Abdullayev Dünya Bankının "Qlobal İqtisadi Perspektivlər" hesabatının təqdimatında, "Qlobal və iqtisadi yavaşlamanın Azərbaycana təsiri" adlı panel müzakirələrdə bildirib.

"Nağdlaşdırmanın azalması bank sektorunda daha çox resurslar əmələ gətirir. Azərbaycan Mərkəzi Bankı ilə birgə həyata keçirdiyimiz layihə çərçivəsində həmin resursların real sektora yönəldilməsinin stimullaşdırılması barədə düşünürük", - deyə o qeyd edib.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et