Azər Türk Bankda səhmdarların Ümumi Yığıncağı keçirildi | Banco.az

Azər Türk Bankda səhmdarların Ümumi Yığıncağı keçirildi

4 noyabr 2022-ci il tarixində “Azər-Türk Bank” Açıq Səmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar  Ümumi Yığıncağı keçirilmişdir.

Yığıncaqda “Azər-Türk Bank” ASC-nin Müşahidə Şurası yeni tərkibdə formalaşdırılıb.

Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov, Azərbaycan İnvestisiya Holdinqinin Hüquqi təminat və dövlət qurumları ilə əlaqələndirmə departamentinin direktoru Günel Cavadova və Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin şöbə müdiri Pərvin Manafov Bankın Müşahidə Şurasının üzvləri seçiliblər.

Səhmdarların Ümumi Yığıncağında Ruslan Əlixanov Bankın Müşahidə Şurasının sədri təyin edilib.

1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et