Azad Cavadov Əmanətlərin Sığortalanması Fondunun rəhbəri vəzifəsindən azad olunub | Banco.az

Azad Cavadov Əmanətlərin Sığortalanması Fondunun rəhbəri vəzifəsindən azad olunub

Vüqar Abdullayev Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktorunun müavini təyin edilib.

APA-nın məlumatına görə, ölkə başçısı bununla bağlı müvafiq sərəncam imzalayıb.

Ən sərfəli kredit üçün müraciət et

Sərəncama əsasən, Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru təyin olunana qədər həmin vəzifənin icrası V. Abdullayevə həvalə edilib.

Qeyd edək ki, indiyədək Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsini Azad Cavadov tuturdu. Onun səlahiyyət müddəti başa çatıb.

Ən sərfəli krediti almaq üçün müraciət et