Avstraliyada inflyasiya göstəricisi proqnozlardan aşağı olub | Banco.az

Avstraliyada inflyasiya göstəricisi proqnozlardan aşağı olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avstraliyanın inflyasiya səviyyəsi fevral ayında 6,8 faiz ilə proqnozlardan geri qalıb.

Banco.az xəbər verir ki, Avstraliyada fevral ayında inflyasiyanın aylıq artım tempi əvvəlki ilin eyni dövrünə nisbətən daha yavaş, 6,8 faiz hesablanıb.

Bu, yanvar ayının 7,4 faizlik göstəricisindən, həmçinin iqtisadçıların 7,1 faiz proqnozundan aşağı nəticədir.

Ölkənin Statistika Bürosunun məlumatına görə, qiymət artımı ən çox mənzil, daha sonra qida və sərinləşdirici içkilər, daha sonra isə nəqliyyatda baş verib.

Çərşənbə axşamı açıqlanan inflyasiya məlumatları və pərakəndə satış məlumatları Avstraliya Ehtiyat Bankının (mərkəzi bank) aprel ayında faiz dərəcələrini artırıb-artırmamaq qərarında mühüm rol oynayacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et