Avrozonada tikinti istehsalı azalıb | Banco.az

Avrozonada tikinti istehsalı azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada tikinti istehsalı 2022-ci ilin dekabr ayında əvvəlki ayla müqayisədə 2,5 faiz azalıb.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) 2022-ci ilin dekabr ayı üzrə Avropa İttifaqı (Aİ) və Avrozona üçün mövsümi düzəliş edilmiş tikinti istehsalı məlumatlarını dərc edib.

Buna görə, 19 üzvlü Avrozonada tikinti istehsalı dekabrda noyabr ayına nisbətən 2,5 faiz azalıb. 2021-ci ilin dekabr ayı ilə müqayisədə isə 1,3 faiz azalma qeydə alınıb.

Digər tərəfdən, 2022-ci ildə tikinti istehsalının ortalaması əvvəlki ilə görə Avrozonada 2,3 faiz, Aİ-də isə 2,6 faiz artıb.

Əvvəlki ayla müqayisədə Aİ ölkələri arasında tikinti istehsalında ən yüksək artım 10,6 faizlə Sloveniyada, 9,5 faizlə Slovakiyada və 4,3 faizlə İsveçdə qeydə alınıb. Ən çox azalma isə Almaniya (8 faiz), Avstriya (7,6 faiz) və Polşada (3,8 faiz) müəyyən edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et