Avrozonada inflyasiya ötən ay aşağı düşüb | Banco.az

Avrozonada inflyasiya ötən ay aşağı düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən ay Avrozonada illik inflyasiya 2,8 faiz təşkil edib.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avrozona və Avropa İttifaqının (Aİ) yanvar ayı üzrə inflyasiya məlumatlarını dərc edib.

Məlumatlar göstərir ki, Avrozonada dekabrda 2,9 faiz olan illik inflyasiya yanvarda 2,8 faizə düşüb.

Region ölkələrində İstehlak Qiymətləri İndeksi (CPI) aylıq əsasda isə 0,4 faiz azalıb.

Aİ-də dekabrda 3,4 faiz olan illik inflyasiya yanvarda 3,1 faizə geriləyib. Aİ-də CPI yanvar ayında aylıq 0,2 faiz azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Avrozonada inflyasiyanın əsas komponentlərinə nəzər saldıqda görünür ki, illik ən yüksək inflyasiya 1,73 faiz ilə xidmət sektorunda reallaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et