Avrozonada inflyasiya 2 ilin ən aşağı həddinə çatıb | Banco.az

Avrozonada inflyasiya 2 ilin ən aşağı həddinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Mərkəzi Bankının (ECB) faiz dərəcələrində görünməmiş artımdan sonra 20 üzvlü Avrozonada inflyasiya analitiklərin proqnozlarından aşağı hesablanıb.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avrozonanın noyabr ayı üzrə aparıcı inflyasiya məlumatlarını dərc edib.

Məlumatlara görə, Avrozonada İstehlakçı Qiymət İndeksi (CPI) noyabr ayında illik 2,4 faiz artım göstərib. Proqnozlar inflyasiyanın 2,7 faiz səviyyəsində reallaşmasını nəzərdə tuturdu. Oktyabrda isə inflyasiya 2,9 faiz artım göstərmişdi.

Digər tərəfdən, CPI noyabr ayında aylıq 0,5 faiz azalıb. “Bloomberg”in iqtisadçılar arasında keçirdiyi sorğuya əsasən, inflyasiyanın aylıq 0,2 faiz azalacağı gözlənilirdi. Oktyabrda inflyasiya aylıq 0,1 faiz artmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et