Avrozonada baza inflyasiyasının artım sürəti zəifləyib | Banco.az

Avrozonada baza inflyasiyasının artım sürəti zəifləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada istehsal sektorunun fəaliyyəti aprel ayında da azalmağa davam edib.

Banco.az xəbər verir ki, Avrozonada başlıq inflyasiyası xidmət qiymətləri və enerji xərclərindəki mənfi baza təsiri səbəbindən artım göstərib.

Avropa Statistika Bürosunun (Avrostat) məlumatlarına görə, başlıq inflyasiyası illik 6,9 faizdən 7 faizə yüksələrək, 2 faizlik hədəfdən xeyli yuxarı reallaşıb. Proqnozlar 6,9 faiz istiqamətində idi. 

İnflyasiya aylıq əsasda isə gözləntilərə uyğun olaraq 0,7 faiz artıb.

Ərzaq və enerji qiymətlərinin istisna edildiyi baza inflyasiyası da proqnozlara paralel olaraq aprel ayında illik 5,6 faiz reallaşıb. Mart ayında isə artım 5,7 faiz idi. Beləliklə, baza inflyasiyası iyun ayından bəri ilk dəfə azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et