Avropanın LNG idxalı ötən il 60 faiz artıb | Banco.az

Avropanın LNG idxalı ötən il 60 faiz artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropanın mayeləşdirilmiş təbii qaz (LNG) idxalı 2022-ci ildə əvvəlki ilə görə 60 faiz artıb.

Banco.az xəbər verir ki, Enerji İqtisadiyyatı və Maliyyə Analizi İnstitutu (IEEFA) tədqiqat müəssisəsinin Avropa üzrə analitiki Ana Maria Jaller-Makareviç bildirib ki, LNG idxalının artmasının yeganə səbəbi Rusiya qazının Avropaya nəqlinin dayandırılması deyil, həmçinin yüksək temperatur da buna təsir göstərmişdir.

Avropa İttifaqı (Aİ) ölkələrində bu il yağıntıların əvvəlki illərlə müqayisədə daha az olması səbəbindən hidroelektrik istehsalının azaldığına diqqət çəkən Jaller-Makareviç məhz oxşar səbəblərdən də LNG idxalının artdığını qeyd edib.

O, həmçinin vurğulayıb ki, ötən il Avropada  təbii qaz istehlakında artım qeydə alınıb ki, bunda da enerji səmərəliliyinin və bərpa olunan enerjidən elektrik enerjisi istehsalının artırılmasının rolu böyükdür.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et