Avropada təbii qazın qiyməti 7 faiz bahalaşıb | Banco.az

Avropada təbii qazın qiyməti 7 faiz bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İşçi tətilləri səbəbindən Avropada təbii qazın qiyməti 7 faiz bahalaşıb.

Banco.az xəbər verir ki, Avstraliyadakı Şevron zavodlarındakı ixrac obyektlərində tətillər davam etdiyi üçün təbii qaz qiymətləri ardıcıl üçüncü sessiyadır ki, artmaqdadır.

Belə ki, bazar ertəsi Avropa qazının etalon fyuçersləri 7,2 faiz bahalaşıb.

Xatırladaq ki, tətil təhlükəsi Avropada qaz bazarını bir aydan uzun müddət ərzində qeyri-müəyyənlik içində saxlayaraq qiymət dəyişkənliyinə səbəb olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et