Avropada qaz qiymətləri ən yüksək həddə çatıb | Banco.az

Avropada qaz qiymətləri ən yüksək həddə çatıb

Avropa ölkələrinin məruz qaldığı isti hava qaz qiymətlərini yeni həddə çatdırıb. Hazırda “mavi yanacağın” 1 000 kubmetri 363 ABŞ dollarına satılır.

Neft-Qaz İnformasiya Agentliyinə istinadən bildirilir ki, bu, Niderlandın TTF habında qeydə alınmış qazın tədarük qiymətidir.

Bu, 2018-ci ilin martından indiyədək ən yüksək göstəricidir.

Xatırladaq ki, 3 il əvvəl Avropada soyuq qış səbəbindən 1 000 kubmetr qazın qiyməti 1 000 ABŞ dollarınadək yüksəlmişdi.

2021-ci ilin yanvarından etibarən TTF habında orta qiymət 1 000 kubmetr üçün 264 ABŞ dolları olub. Rusiyanın qaz ixracatçısı olan “Qazprom”un büdcəsində isə qazın 2021-ci il üçün qiyməti 1 000 kubmetr üçün 170 ABŞ dolları kimi nəzərdə tutulub.

Nəşr qeyd edir ki, isti səbəbindən kondisionerlər üçün enerji sərfiyyatı artıb. Elektrik stansiyaları daha çox qaz sərf etmək məcburiyyətində qalıblar.

Ən sərfəli kredit üçün müraciət et

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et