Avropada maliyyə böhranı təhlükəsi yoxdur | Banco.az

Avropada maliyyə böhranı təhlükəsi yoxdur

Müəllif - Aida İsaq, Banco.az

Almaniya kansleri Olaf Şolz ABŞ-da Silikon Vadisi Bankının müflis olmasına və Avropanın bank sektorundakı qarışıqlığa baxmayaraq, Almaniya və Avropada maliyyə böhranı ehtimalının olmadığını bildirib.

Banco.az xəbər verir ki, Olaf Şolz heç bir təhlükə görmədiyini qeyd edib.

Onun sözlərinə görə, pul sistemi artıq 2008-ci il maliyyə böhranından əvvəlki qədər kövrək deyil. Alman əmanətçilərinin əmanətləri təhlükəsizdir. Almaniya kansleri hazırkı maliyyə böhranının 2008-ci ildəki qlobal böhrana bənzəmədiyini bildirərək, son hadisələr qarşısında ABŞ, İngiltərə və İsveçrənin sürətli addımlarını yüksək qiymətləndirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et