Avropada külək enerjisinə investisiya qoyuluşu 13 ilin ən aşağı səviyyəsindədir | Banco.az

Avropada külək enerjisinə investisiya qoyuluşu 13 ilin ən aşağı səviyyəsindədir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Enerji böhranına baxmayaraq, Avropa ölkələrinin külək enerjisi investisiyaları 17 milyard avroya qədər azalaraq 13 ilin ən aşağı səviyyəsinə düşüb.

Banco.az xəbər verir ki, Avropa ölkələrinin külək elektrik stansiyalarına investisiyaları 2021-ci ildəki 41 milyard avrodan 2022-ci ildə 17 milyard avroya qədər azalıb.

Bununla da, Avropa ölkələrində külək investisiyaları 2009-cu ildən bəri ölçülən ən aşağı səviyyəyə düşüb.

Qeyd edilir ki, enerji təchizatı təhlükəsizliyinin gücləndirilməsi və əlverişli elektrik enerjisi üçün külək enerjisi istehsalının sürətləndirilməsi məqsədinə baxmayaraq, Aİ-nin son bazar müdaxilələri investorların inamını sarsıdıb.

Ən sərfəli kredit üçün müraciət et

Ötən il Aİ ölkələrində külək elektrik stansiyalarına ən yüksək investisiyalar 2,4 milyard avro ilə Almaniya, 2,1 milyard avro ilə Finlandiya, 1,9 milyard avro ilə Polşa və 1,8 milyard avro ilə İsveç tərəfindən edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et