Avropada karbon qiymətləri rekord həddə çatıb | Banco.az

Avropada karbon qiymətləri rekord həddə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropada karbon fyuçerslərinin qiyməti 100 avrodan bahalaşaraq rekord qırıb.

Banco.az xəbər verir ki, təbii qazın qiymətinin ucuzlaşmasının bəzi sənaye firmalarını istehsalı artırmağa sövq edəcəyinə dair ehtimallar fonunda Avropada karbon fyuçerslərinə tələb artıb.

İqtisadi mənzərənin yaxşılaşması və sənaye istehsalında canlanma perspektivləri fonunda karbon fyuçersləri ilk dəfə olaraq 100 avro həddini keçib.

Xatırladaq ki, 18 dekabr 2022-ci ildə Avropa İttifaqı (Aİ) üzv ölkələrin emissiyalarını daha da azaltmağı hədəfləyən karbon bazarı islahatı üzrə razılıq əldə etmişdi. Razılığa müvafiq olaraq, Aİ Emissiya Ticarət Sisteminin əhatə etdiyi sektorlarda 2030-cu ilə qədər ümumi emissiyaların azaldılması hədəfi 43 faizdən 62 faizə qədər artırılıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et