Avropada elektromobil satışları artıb | Banco.az

Avropada elektromobil satışları artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqında (Aİ) ilin III rübündə elektrik avtomobillərinin ümumi bazar payı 11,9 faizə çatıb.

Banco.az xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) 2022-ci ilin III rübündə Aİ-yə üzv ölkələrdə yanacaq növləri üzrə yeni avtomobil satış məlumatlarını açıqlayıb.

Bu məlumatlara görə, sözügedən dövrdə Aİ ölkələrində satılan avtomobillərin 37,8 faizi benzin, 22,6 faizi hibrid, 16,5 faizi dizel, 11,9 faizi tam elektrikli (BEV), 8,5 faizi plug-in hibrid (PHEV), 2,5 faizi digər yanacaq növləri, 0,2 faizi isə təbii qaz mühərrikli olub.

Üçüncü rübdə əvvəlki ilin eyni dövrü ilə müqayisədə elektromobil satışları 22 faiz artaraq 259 min 449, hibrid avtomobillərinin satışı isə 6,9 faiz artaraq 492 min 11 ədəd olub.

Ən sərfəli kredit üçün müraciət et

Bununla da, həmin dövrdə Aİ ölkələrində elektrik və müxtəlif hibrid avtomobillərin ümumi bazar payı 43 faizə çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et