Avropa Şurasının İnkişaf Bankı Ukraynaya 100 milyon avro köçürəcək | Banco.az

Avropa Şurasının İnkişaf Bankı Ukraynaya 100 milyon avro köçürəcək

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Avropa Şurasının İnkişaf Bankı Ukraynaya 100 milyon avro köçürəcək.

Banco.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi Telegram kanalında bildirib .

Məlumata görə,son iki ildə hərbi əməliyyatlar nəticəsində mənzillərini itirmiş ukraynalılar Avropa İttifaqının köçürdüyü vəsait hesabına yeni mənzillər ala biləcəklər.Ukraynanın maliyyə nazirinin müavini Olqa Zıkovanın sözlərinə görə , mənzil sektoru ölkə iqtisadiyyatında ən çox zərər çəkənlərdən biridir.

Martın 27-də Ukrayna Ali Radasının vergi komitəsinin rəhbəri Daniil Getmantsev bildirib ki, Kiyevin Avropa Birliyinin yardım fondundan  9 milyard dollar məbləğində rekord məbləğdə yardım alacağı gözlənilir. Bundan əvvəl ABŞ bəyan edib ki, Ukraynaya yardım bu ölkə üçün prioritet deyil, ABŞ öz sərhədlərinin təhlükəsizliyini təmin etməyənə qədər Kiyevə yardım göstərməyəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et