Avropa Rəqəmsal Reklam kampaniyalarına bir ildə nə qədər xərcləyib? | Banco.az

Avropa Rəqəmsal Reklam kampaniyalarına bir ildə nə qədər xərcləyib?

Ötən ilə nəzərən 13.9 % artım göstərən Rəqəmsal Reklam yatırımlarında 2011 – ci ildən bəri ən sürətli artım tempi müşahidə olunub.

Ötən həftə Polşanın paytaxtı Varşavada həyata keçirilən Interact Konfransında açıqlanan AdEx Benchmark Hesabatına əsasən, Avropa Rəqəmsal Reklam Yatırımları video, mobil və sosial media yatırımlarındakı böyük artışın təsiri ilə ötən ilə nəzərən 13.9 % yüksələrək 55.1 milyard avroya çatıb. Bununla da Avropa Rəqəmsal Reklam Bazarı 2012 – ci ilə nəzərən təqribən 2 dəfədən artıq böyümüş hesab edilir.

28 ölkəni əhatə edən AdEx Benchmark Hesabatı 2018 – ci ildə 21 ölkənin iki rəqəmli artıma imza atdığını göstərir.

Hesabatda yer alan 28 bazarın hər birində iki rəqəmli artım göstərən video və mobil reklam yatırımları 2018 – ci il üzrə göstəricilərə də böyük ölçüdə təsir göstərib. Video reklamları cəmi 30.9 % artımla 7.6 milyard Avroya çatarkən bu, Display Advertising (Təsviri Reklam) yatırımlarının 33% - ni təşkil edib.

Sosial media 33.7 % - lik artımla Təsviri reklam yatırımlarının 49% - ni təşkil edib. Mobil reklam yatırımları isə 31.4% artımla 22.8 milyard Avroya çatıb və Avropa Rəqəmsal reklam yatırımlarının 41% - ni təmsil edib.

2018 – ci ildə ən yüksək artım tempinin yaşandığı 5 ölkə Şərqi və Orta Avropa bölgəsindən olub.

  1. Ukrayna – 26.9%
  2. Rusiya – 24.9 %
  3. Belarusiya – 23.6 %
  4. Çex Respublikası – 20.9 %
  5. Serbiya – 20.1 %

Rəqəmsal reklama ən çox yatırım edən 10 ölkə isə aşağıdakı kimidir:

Ən sərfəli kredit üçün müraciət et

  1. İngiltərə - 18.4 milyard Avro
  2. Almaniya – 7.2 milyard Avro
  3. Fransa – 5.2 milyard Avro
  4. Rusiya – 4.1 milyard Avro
  5. İtaliya – 2.9 milyard Avro
  6. Hollandiya – 2.2 milyard Avro
  7. İspaniya – 2.2 milyard Avro
  8. İsveç – 2.1 milyard Avro
  9. İsveçrə - 2.0 milyard Avro
  10. Norveç – 1.1 milyard Avro

Həmçinin oxu: Bu vaxta qədər edilmiş ən qeyri-adi marketinq kampaniyaları

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç