Avropa Mərkəzi Bankı faiz dərəcələrini artırmağa davam edəcək | Banco.az

Avropa Mərkəzi Bankı faiz dərəcələrini artırmağa davam edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü Robert Holzmann faiz artımlarına davam ediləcəyini bildirib.

Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankının İdarə Heyətinin üzvü və bankın ən uzaqgörən rəsmilərindən biri olan Robert Holzmann faiz dərəcələrini artırmağa davam edəcəklərini qeyd edərək bununla belə, tənəzzülə gətirib çıxaracaq sərt addımlara qarşı diqqətli olmalarının vacibliyini vurğulayıb.

Çərşənbə axşamı Vyanada verdiyi açıqlamada Holzmann "Son dövrlərdə faiz dərəcələrini kəskin şəkildə artırmışıq və bu proses davam edəcək”, deyə çıxış edib.

Xatırladaq ki, AMB bu il ərzində faiz dərəcələrini artıq 200 baza bəndi artırıb və dekabr iclasında yenidən artıracağı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et