Avropa İttifaqının antiböhran fondundan ilk vəsait ayrılıb | Banco.az

Avropa İttifaqının antiböhran fondundan ilk vəsait ayrılıb

Avropa Komissiyası koronavirus (COVID-19) pandemiyasının nəticələrinin aradan qaldırılması üçün Avropa İttifaqının yaratdığı antiböhran fondundan 3 milyard avro məbləğində ilk vəsaitin ayrılmasına qərar verib.

Vəsaitin 770 milyon avrosu Belçikaya, 12,1 milyon avrosu Lüksenburqa, 2,2 milyard avrosu isə ilkin maliyyələşmə şəklində Portuqaliyaya veriləcək.

Beləliklə Belçika, Lüksemburq və Portuqaliya Avropa İqtisadiyyatının Bərpası Fondu (RRF) çərçivəsində ilkin maliyyələşmə alan ölkələr olub.

Avropa Komissiyasının son qiymətləndirməsinə görə, ayrılacaq vəsaitin ümumi məbləği 723,8 milyard avro olacaq.

report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et