Avropa İttifaqı iki ildə LNG-yə 171,5 milyard avro xərcləyib | Banco.az

Avropa İttifaqı iki ildə LNG-yə 171,5 milyard avro xərcləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) ölkələri 2 ildə mayeləşdirilmiş təbii qaz (LNG) idxalı üçün 171,5 milyard avro ödəyib.

Banco.az xəbər verir ki, Enerji İqtisadiyyatı və Maliyyə Təhlili İnstitutunun (IEEFA) Avropa LNG Tutumu İzləyicisindən əldə edilən məlumatların toplusuna əsasən, Avropanın LNG idxalı 2023-cü ildə təxminən 167 milyard kubmetr təşkil edib.

Məlumatlar göstərir ki, Aİ ölkələri ötən il ABŞ-dan alınan LNG üçün 26,8 milyard avro ödəyib. Sözügedən resurs üçün Rusiyaya 8,1 milyard avro, Qətərə 7,7 milyard avro, Əlcəzairə 6,1 milyard avro, Norveçə 2,9 milyard avro və Nigeriyaya 2,8 milyard avro ödənilib.

2022-ci ilin yanvarından 2023-cü ilin dekabrına qədər olan dövrdə isə Aİ-nin LNG idxalına görə etdiyi ümumi ödəniş 171,5 milyard avro təşkil edib. Bu dövrdə ABŞ-a edilən ümumi ödəniş 75,1 milyard avro olub. 

Ən sərfəli kredit üçün müraciət et

Ötən iki ildə LNG idxalına görə Rusiyaya ödənilən məbləğ 23,84 milyard avro təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et