Avropa İttifaqı 14 milyard avroluq xarici ticarət kəsiri ilə üzləşib | Banco.az

Avropa İttifaqı 14 milyard avroluq xarici ticarət kəsiri ilə üzləşib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aİ aprel ayında 14 milyard avroluq xarici ticarət kəsiri ilə üzləşib.

Banco.az xəbər verir ki, Avropa Statistika Təşkilatı (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozona üzrə aprel ayının beynəlxalq ticarət məlumatlarını açıqlayıb.

Məlumatlara görə, Aİ-nin ixracatı aprel ayında əvvəlki ilin eyni dövrünə nəzərən 3,5 faiz azalaraq 192 milyard avro, idxalı isə 15,4 faiz azalaraq 206,1 milyard avro hesablanıb. Bununla da, Aİ-nin xarici ticarət kəsiri apreldə 14,1 milyard avro təşkil edib.

Sözügedən dövrdə Aİ ölkələrindən ən çox idxal həyata keçirən ölkələr 37,6 milyard avro ilə ABŞ, 24,8 milyard avro ilə İngiltərə, 17,1 milyard avro ilə Çin, 13,8 milyard avro ilə İsveçrə və 8,7 milyard avro ilə Türkiyə olub.

Ən sərfəli kredit üçün müraciət et

Aİ ölkələrinə ən çox ixrac edən ölkələr isə 42,2 milyard avro ilə Çin, 27,6 milyard avro ilə ABŞ, 14,9 milyard avro ilə İngiltərə, 10,6 milyard avro ilə İsveçrə, 8,9 milyard avro ilə Norveç və 7,9 milyard avro ilə Türkiyə olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et