Avropa Bankı Beynəlxalq Bank-ın səhmlərini ala bilər | Banco.az

Avropa Bankı Beynəlxalq Bank-ın səhmlərini ala bilər

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin özəlləşdirilməsi variantlarını müzakirə etmək üçün hökumətlə danışıqlar aparır.

Bu barədə EBRD-nin Azərbaycan ofisinin rəhbəri İvana Duarte “Reuters” agentliyinə açıqlamasında deyib.

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, EBRD Bank özəlləşdirməyə hazır olan kimi şərtləri nəzərdən keçirəcək. 

İ.Duarte həmçinin qeyd edib ki, adətən təmsil etdiyi qurum səhmdar cəmiyyətlərində 5-25% pay əldə edir.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et