Avronun qiyməti 1.14 dollaradək bahalaşa bilər | Banco.az

Avronun qiyməti 1.14 dollaradək bahalaşa bilər

 

Bahalı dollara olan tələbin azalması, avro və qızılı bahalaşdırır. AB-də siyasi və iqtisadi proseslər, FED-in faiz qərarı da diqqət mərkəzində qalmaqdadır.

Beynəlxalq valyuta birjalarında Avrozonaya dair fundamental göstəricilərin müsbət açıqlanması, EUR/USD məzənnəsinin 1.13$-a kimi bahalaşmasına səbəb olub. Təhlillərə əsasən, avronun qiyməti 1.14$-a kimi də bahalaşa bilər. 

Ən sərfəli kredit üçün müraciət et

Amerika mərkəzi bankının (FED) uçot faizlərini azalda biləcəyi ehtimalları və dolların ucuzlaşması, əlvan metallar bazarlarında qızılın da dəyər qazanmasına səbəb olub. 

Beləliklə, qızılın bir unsiya üzrə qiymətində dinamika qorunarsa, 1464$-a kimi bahalaşma davam edə bilər.

İnvestAz

 

Ən sərfəli krediti almaq üçün müraciət et