Avqust ayında bu məhsulların qiyməti ucuzlaşıb | Banco.az

Avqust ayında bu məhsulların qiyməti ucuzlaşıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2023-cü ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,6 faiz, əvvəlki ilin avqust ayına nisbətən 108 faiz təşkil edib.

Banco.az bu barədə Statistika Komitəsinə istinadən xəbər verir.

Cari ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma qarabaşaq yarmasının, unun, çörəyin, təzə balığın, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, üzümün, yemişin, qarpızın, gavalının, almanın, armudun, bananın, pomidorun, xiyarın, soğanın, kartofun, bibərin, badımсanın, yerkökünün, bahalaşma isə əsasən düyünün, mal və qoyun ətinin, yoqurtun, xamanın, zeytun yağının, kələmin, sarımsağın, şəkərin, çayın, meyvə şirəsinin, arağın, tütün məmulatlarının qiymətlərində müşahidə olunub. 

Ən sərfəli kredit üçün müraciət et

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et