Avengers: Endgame ilk gün gəliri ilə rekord qırdı | Banco.az

Avengers: Endgame ilk gün gəliri ilə rekord qırdı

Uzun zamandır gözlənilən an gəldi və "Avengers: Endgame" nümayiş olundu. Mütəxəssislər bir müddətdir "Marvel kino kainatı"nın bir növ sonunu ifadə edən bu filmin ciddi gəlir qazanacağını söyləyirdi. İlk günün nəticələri də bunu təsdiqləyir.

Hər kəsin rekordlar qırmasını gözlədiyi film, ilk gündən əmin addımlar atmağa başladı. Hollywood Reporterin bildirdiyinə görə MCU'nun "göstəriş filmi" Endgame, ilk günündə ABŞ xaricində 169 milyon dollar qazandı.

Filmin 26 aprel cümə günü ABŞ-da nümayiş olunacağına baxmayaraq ilk rəqəmlər olduqca yaxşıdır. 25 ölkədə çıxan film, bütün zamanların bir günlük film rekordunu qırdı. 169 milyon dollarlıq açılışın 107,2 milyon dolları isə yalnız Çindən gələrkən, Çini 8,4 milyon dollarla Cənubi Koreya, 7 milyon dollarla Avstraliya, 6 milyon dollarla Fransa, 5,8 milyon dollarla İtaliya və 5,6 milyon dollarla Almaniya təqib edir.

Ən sərfəli kredit üçün müraciət et

İlk həftə sonunda 900 ilə 950 milyon dollarlıq bir gəlir əldə etməsi gözlənilən film beləcə "Star Wars 7"-ni keçə bilər.

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et