Argentinada Lionel Messinin təsviri olan əsginaslar buraxılacaq | Banco.az

Argentinada Lionel Messinin təsviri olan əsginaslar buraxılacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Argentinada Lionel Messi çılğınlığı getdikcə daha da artır.

Banco.az xəbər verir ki, Argentina Respublikasının Mərkəzi Bankı 36 il sonra ölkəyə dünya çempionatında qələbə qazandıran Lionel Messinin təsviri əks olunmuş kağız pullar çap etmək qərarına gəlib.

Ölkənin yerli mətbuatı Messinin təsvirinin 1000 peso əsginasında çap olunacağını iddia edib.

Qeyd edək ki, bank rəsmilərinin xatirə sikkə planı reallaşarsa, bu, Argentina üçün ilk olmayacaq. Belə ki, 1978-ci ildə Argentina ilk Dünya Kubokunu qazananda ölkədə bu münasibətlə xatirə sikkələri zərb edilmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et