"Arçelik" şirkətinin adı dəyişir | Banco.az

"Arçelik" şirkətinin adı dəyişir

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Arçelik” korporativ markasını dəyişdirir.

Banco.az xəbər verir ki, şirkətin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) verdiyi açıqlamaya görə, qərar onun qloballaşma strategiyası çərçivəsində qəbul edilib.

Qərara əsasən, bundan sonra “Arçelik”in Türkiyə daxil olmaqla bütün coğrafiyalarda yeganə korporativ markası “Beko” olacaq.

Bu çərçivədə, xarici törəmə şirkətlərin korporativ adları da “Beko” korporativ markasını əhatə edəcək şəkildə dəyişdirilir. Şirkət, Türkiyədəki fəaliyyətini isə başda “Arçelik” olmaqla, bütün markaları ilə davam etdirəcək.

“Arçelik” açıqlamasında bildirilib ki, bu addımın əsas məqsədi bütün dünyada əməkdaşları və əməliyyatları ortaq korporativ marka altında bir araya gətirməkdir.

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün qeyd edək ki, 1955-ci ildə türk mühəndis Vehbi Koç tərəfindən yaradılmış “Arçelik” markası “Koç Holding” qrupunun tərkibinə daxildir. “Beko” isə “Arçelik” şirkətinin tərkibinə daxil olan əmtəə nişanıdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et