Aprel ayında hansı sahəyə daha çox kredit yatırılıb? (araşdırma) | Banco.az

Aprel ayında hansı sahəyə daha çox kredit yatırılıb? (araşdırma)

Banco.az Mərkəzi banka istinadən Sizi kredit qoyluşunun sahələr üzrə strukturu ilə tanış edir.

İlk öncə qeyd edək ki, 2015-ci ilin mayın 1-i tarixinə iqtisadiyyata kredit qoyuluşunun həcmi 20595,5 mln manat olmuşdur ki, onun da 6,1 %-i vaxtı keçmiş kreditlərdir. Vaxtı keçmiş kreditlərin həcmi isə 1256,6 mln manatdır. Ötən ilin eyni dövrü ilə müqayisədə iqtisadiyyata qoyulmuş kreditlərin həcmi 26.78%, gecikmiş kreditlərin həcmi isə 40.31% artmışdır.

Ötən il olduğu kimi yenə də ən çox kredit ev təsərrüfatlarına verilib, onların həcmi  ötən ayla müqayisədə 1.19% azalaraq, 8296,6 mln manat təşkil edib. Ev təsərrüfatlarına verilən kreditlərin real sektordakı xüsusi çəkisi isə 39.8% olub.

Ticarət və xidmət sektoruna yatırılan kreditlərin həcmi 0.42% artıb, onların real sektordakı xüsusi çəkisi isə 14,4 təşkil edib.

 Energetika, kimya və təbii ehtiyatlar sektoruna yatırımlaırn həcmi 0.22% artaraq, 268,5 mln manat təşkil etmişdir. Onların real sektordakı xüsusi çəkisi isə 1 ay ərzində 1.3% olaraq qalıb.

Ən sərfəli kredit üçün müraciət et

Kənd təsərrüfatı və emal sahəsinə aytırımların həcmi 0.57% artaraq, 937,6 mln-a düşüb. Həmçinin, bu sahəyə verilən kreditlərin real sektordakı xüsusi çəkisi 4,6% olub.

İnşaat və əmlak sektoruna edilən yatırımlarda 0.04% artım, Sənaye və istehsal sektorunun kreditləşməsində isə 1.21 % azalma qeydə alınıb. Sözü gedən sahələrin kreditləşmədəki xüsusi çəksi müvafiq olaraq, 13,7% və 10,7% olmuşdur.

Nəqliyyat və Rabitə sektoruna yatırılan kreditlərin həcmi isə 0.65% artmış, xüusi çəkisi 4,2% olaraq qalıb.

İpoteka da daxil olmaqla əmlakın tikintisinə və alınmasına görə verilən kreditlərin həcmi 2.15% artmış, xüsusi çəkisi 6,5% təşkil edib.

Ətraflı şəkildə isə diaqramlarda izləyə bilərsiniz. 

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et