Apple şirkətinə xaker hücumu edən gəncin QEYRİ-ADİ səbəbi | Banco.az

Apple şirkətinə xaker hücumu edən gəncin QEYRİ-ADİ səbəbi

Adı açıqlanmayan Avstraliyalı bir gənc Avropada yaşanılan oxşar hadisədən ilham alıb.

Avstraliyada yaşayan bir gənc iş təklifi almağı ümid edərək Apple şirkətinə xaker hücumu edib. Mətbuata adı açıqlanmayan bu gənc məhkəmədə günahını boynuna alaraq Avropada eyni hadisəni törədən başqa bir şəxsin Apple şirkəti tərəfindən işə qəbul edildiyini öyrəndiyi üçün belə bir addım atdığını söyləyib. 13 yaşında xakerliyə başladığı öyrənilən gənc bu bacarıqlarından daha əvvəl dələduzluq məqsədilə istifadə etmədiyi üçün 500 Avstraliya dolları məbləğində cərimə edilərək azadlığa buraxılıb.

Ən sərfəli kredit üçün müraciət et

Şirkət mətbuata açıqlamasında məhkəmə işi ilə bağlı heç bir fikir bildirməzkən işçilərinin şirkətin təhlükəsizliyini qoruduğunu və polisə xəbər verməzdən əvvəl xakerlik cəhdlərini nəzarət altına aldıqlarını və heç bir müştərisinin şəxsi məlumatlarının yayılmadığını vurğulayıb.

Həmçinin oxu: Bill Qeytsin məktəbin kompüterlərinə xaker hücumu etməkdəki ƏSL MƏQSƏDİ

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et