"Apple" firması Özünəxidmət Təmir proqramını genişləndirir | Banco.az

"Apple" firması Özünəxidmət Təmir proqramını genişləndirir

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Apple” Özünəxidmət Təmir proqramına M1 Mac kompüterlərini və Studio Display veb kamerasını əlavə edib.

Banco.az xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi “Apple” firması bu ilin aprel ayında ABŞ-da bəzi iPhone modelləri üçün təlimatlar və smartfon hissələri təklif edən “Özünəxidmət Təmiri” proqramını işə salmışdı.

iPhone 12, iPhone 13 və iPhone SE modelləri ilə başlayan bu xidmətə avqust ayında MacBook modelləri də əlavə olunub. Şirkət həmçinin sözügedən xidmətin ölkə daxili əhatə dairəsini də genişləndirib.

Qeyd edək ki, ilk dəfə ötən ilin aprelində istifadəyə verilmiş təmir xidməti müştərilərə orijinal ehtiyat hissələri sifariş etmək və təmir üçün lazım olan alətləri icarəyə götürmək imkanı verir. Proqram istifadəçilərin nasaz cihazlarını Apple Store və ya üçüncü tərəf təmir emalatxanasına aparmaq və ya “Apple”a göndərmək əvəzinə evdə təmir etmələri üçün nəzərdə tutulub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et